Yuxarı

Gələn ay Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək

Azərbaycan nümayəndə heyətinin üzvləri yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər

Bakı. 7 noyabr. REPORT.AZ/ Cari ilin 7-9 dekabr tarixlərində Səudiyyə Ərəbistanının ər-Riyad şəhərində Səudiyyə Ərəbistanı-Azərbaycan biznes forumu keçiriləcək.

"Report"un Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPromo) istinadən verdiyi xəbərə görə, forumda iştirak etmək üçün Azərbaycanın biznes nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri planlaşdırılır.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi