​Gədəbəydə sahibkarlar üçün treninq keçirilib

​Gədəbəydə sahibkarlar üçün treninq keçirilib Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar biznesdə risklərin azaldılması ilə bağlı məlumatlandırılıb
Biznes
17 Sentyabr , 2015 19:27
​Gədəbəydə sahibkarlar üçün treninq keçirilib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Gədəbəydə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin təşkilatçılığı, Gədəbəy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə treninq keçirilib.

Nazirlikdən “Report”a bildirilib ki, keçirilən treninq "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edib.

Treninqdə həmçinin, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə müəssisələrin yaradılması ilə bağlı məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi