Yuxarı
    Bağlamaq

    Fransa Azərbaycanda sərmayələrinin şaxələndirilməsində maraqlıdır

    2015-ci ildə Azərbaycandan Fransaya ixracın həcmi idxal səviyyəsindən təxminən 7 dəfə çox olub

    Bakı. 4 noyabr. REPORT.AZ/ Fransa 2015-ci ildə Azərbaycana 180 milyon avro məbləğində mal ixrac edib. Azərbaycandan idxal isə əsasən enerji sənayesinin məhsulları olub və 1,2 milyard avro təşkil edib.

    "Report" xəbər verir ki, bu barədə Fransanın biznes imkanlarının təqdimat mərasiminə həsr olunmuş mətbuat konfransında Fransanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Erve Sarinelli bildirib.

    Öz növbəsində, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe hazırda Azərbaycanda təxminən 40 Fransa şirkətinin fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bu şirkətlər əsasən energetika, ətraf mühitin mühafizəsi, nəqliyyat sahələri ilə məşğul olurlar: "Fransa şirkətlərinin Azərbaycanda yalnız energetika yox, digər sahələrdə də fəaliyyət göstərməsinə çalışırıq. Məncə, bu, iqtisadiyyatının şaxələndirilməsi baxımından Azərbaycanın da maraqlarına cavab verir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi