​"Fitch Ratings" "AccessBank"ın reytinqini "BBВ-" səviyyəsində təsdiqləyib

​"Fitch Ratings" "AccessBank"ın reytinqini "BBВ-" səviyyəsində təsdiqləyib Michael Hoffmann: "Bu, davam edən çətin iqtisadi mühitdə bank üçün böyük nailiyyətdir"
Biznes
21 Sentyabr , 2015 20:50
​Fitch Ratings AccessBankın reytinqini BBВ- səviyyəsində təsdiqləyib

Bakı. 21 sentyabr. REPORT.AZ/ "Fitch Ratings" reytinq agentliyi "AccessBank"ın Uzunmüddətli Emitent Defoltu Reytinqini (EDR) “Sabit” proqnozla "BBВ-" dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib. Bu barədə "Report"a bankdan məlumat verilib.

“Biz bankın reytinqinin il ərzində ikinci dəfə investisiya səviyyəsində təsdiqlənməsi ilə fəxr edirik. Bu, davam edən çətin iqtisadi mühitdə bank üçün böyük nailiyyətdir. Reytinqin investisiya səviyyəsində təsdiqlənməsi bankın məsuliyyətli borc vermə prinsiplərinə sadiq olduğunu, müştərilərə yaxın olmaq və ilk növbədə onların tələblərini qarşılamaq yanaşmamızı bir daha əks etdirir”, - "AccessBank"ın İdarə Heyətinin sədri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərdən deyib.

Qeyd edək ki, "Fitch Ratings" tərəfindən bankın qısamüddətli EDR-i "F3", dayanıqlılıq reytinqi "bb-", dəstək reytinqi isə "2" səviyyəsində təsdiqlənib.

Xatırladaq ki, 2014-cü ilin dekabr ayında "Fitch" bankın beynəlxalq kredit reytinqini "BB+" səviyyəsindən "BBВ-" səviyyəsinə yüksəldib və 2015-ci ilin aprel ayında yenidən təsdiqləyib.

"AccessBank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, "LFS Financial Systems GmbH" adlı Almaniya konsaltinq şirkəti və "AccessHoldinq" tərəfindən yaradılıb. "AccessBank" mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır.

Son xəbərlər

Orphus sistemi