Fəxri konsul: "Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün işlər görürük"

Fəxri konsul: "Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün işlər görürük" Mən konsul olaraq mədəniyyət sahəsində fəaliyyət göstərirəm. Biz Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün işlər görürük. Azərbaycanı Almaniyada daha da yaxşı tanıtdırmaq üçün əlimizdən gələni edirik. Kamera orkestrinin yaradılması bu istiqamətdə həyata keçirdiyimiz işlərdəndir.
Biznes
19 İyul , 2019 13:38
Fəxri konsul: Almaniya-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün işlər görürük
Report

"Mən konsul olaraq mədəniyyət sahəsində fəaliyyət göstərirəm. Biz Almaniya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün işlər görürük. Azərbaycanı Almaniyada daha da yaxşı tanıtdırmaq üçün əlimizdən gələni edirik. Kamera orkestrinin yaradılması bu istiqamətdə həyata keçirdiyimiz işlərdəndir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer Diasporla İş üzrə Dövlət Komitəsində təşkil olunan mətbuat konfransında deyib.

O, yeni fəaliyyətə başlayan kamera orkestrinin görəcəyi işlərdən danışıb: "Bu orkestrin tərkibində azərbaycanlılardan başqa türkiyəli və qazaxıstanlı olanlar da var. Andamblın repertuarında məşhur Azərbaycan sənətkarlarının əsərləri ifa olunacaq. Ümumiyyətlə, musiqi Almaniya və Azərbaycan arasındakı gözəl bir diplomatiya növüdür. Belə bir orkestrin formalaşması Almaniyada Azərbaycan diasporunun fəaliyyətinin daha da güclənməsinə öz müsbət təsirini göstərəcək".

O.Hauzer kamera orkestrinin yaradılması istiqamətində gördüyü işlər zamanı Heydər Əliyev Fondu tərəfindən dəstək aldığını bildirib: "Mən Azərbaycanın hərtərəfli dəstəyindən məmnunam. Mən fürsətdən istifadə edib bu işə təşəbbüs göstərdiyinə görə Heydər Əliyev Fonduna təşəkkür edirəm. Azərbaycan kamera orkestrinin məqsədi, gələcəkdə Almaniyada yaşayan sponsorların dəstəyi ilə, müstəqil konsertlər təşkil etməkdir. Ümumiyyətlə, sözügedən təşəbbüs Azərbaycan musiqisi klassiklərinin qlobal miqyasda tanınmasında və təbliğində mühüm rol oynayacaq".

Qeyd edək ki, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin təşəbbüsü ilə Almaniyada azərbaycanlı musiqiçilərdən ibarət kamera orkestri fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi