Nazir: "Sürətli keçid imkanlarının verilməsi nəticəsində xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək"

Nazir: "Sürətli keçid imkanlarının verilməsi nəticəsində xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək" Bakı. 24 dekabr. REPORT.AZ/ “Ölkə iqtisadiyyatının həcmi və ixrac potensialımız genişlənir. Məşğulluq səviyyəsi yüksəlir, subsidiyalar artırılır, aqrar sahəyə dövlət dəstəyi daha da gücləndirilir. Bu isə son nəticədə fermerlərin rifah halının daha da yaxşılaşmasına səbəb olur”.
Biznes
24 Dekabr , 2018 12:44
Nazir: Sürətli keçid imkanlarının verilməsi nəticəsində xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək
Kənd təsərrüfatı naziri İnam Kərimov / Report / Firi Salim
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ “Ölkə iqtisadiyyatının həcmi və ixrac potensialımız genişlənir. Məşğulluq səviyyəsi yüksəlir, subsidiyalar artırılır, aqrar sahəyə dövlət dəstəyi daha da gücləndirilir. Bu isə son nəticədə fermerlərin rifah halının daha da yaxşılaşmasına səbəb olur”.

“Report”un məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusunda keçirilən tədbirdə bildirib.

Nazir bildirib ki, bu günlərdə ölkədə ərzaq təhlükəsizliyinin daha da yaxşılaşdırılması baxımından mühüm fərmanlar imzalanıb: “Bu fərmanlar aqrar kredit və güzəştləri fermerlər üçün daha əlçatan edib. İqtisadi inkişafı dəstəkləyən sənədlərdən biri də xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verən fərmandır. Bu fərmanın fermerlər üçün müstəsna əhəmiyyəti var. Yeni qaydalar xarici ticarətin iştirakçılarına, o cümlədən fermerlərə “Yaşıl dəhliz”dən daimi istifadə hüququ verir”.

İ. Kərimov qeyd edib ki, yeni qaydalar xarici bazarlarda Azərbaycanın kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətini də artıracaq: “Sürətli keçid imkanlarının verilməsi nəticəsində ticarət asanlaşacaq, xarici bazarlarda yaranmış fürsətlər daha çevik dəyərləndiriləcək. Nəticədə fermerlər daha çox gəlir əldə edəcək, onların sosial rifah halı daha da yaxşılaşacaq. Xarici ticarət iştirakçılarına “Yaşıl dəhliz”dən daimi istifadə hüququnun verilməsi ölkənin ixrac potensialını daha da artıracaq. Bildiyiniz kimi, Azərbaycandan ixrac olunan məhsulların həcmi və coğrafiyası daha da genişlənib”.

Son xəbərlər

Orphus sistemi