Azərbaycanda "FedEx Entertainment" şirkəti bağlanıb - YENİLƏNİB

Azərbaycanda "FedEx Entertainment" şirkəti bağlanıb - YENİLƏNİB Bununla bağlı kreditorlara məlumat göndərilib
Biznes
26 Avqust , 2015 16:57
Azərbaycanda FedEx Entertainment şirkəti bağlanıb - YENİLƏNİB

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ-ın "FedEx Entertainment" şirkətininin Azərbaycandakı nümayəndəliyi - "FedEx Entertainment" MMC ləğv olunub. 

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı kreditorlara məlumat göndərilib.

“FedEx Express”in Azərbaycandakı nümayəndəliyindən isə "Report"a bildirilib ki, bağlanan şirkətin "FedEx Express”in Azərbaycan nümayəndəliyinə aidiyyəti yoxdur: “FedEx Express”in Azərbaycandakı nümayəndəliyi hazırda normal iş fəaliyyətindədir və bununla bağlı hər hansı bir problem mövcud deyil". 

Qeyd edək ki, "FedEx Express”in Azərbaycandakı nümayəndəliyi H.Aslanov,107A ünvanında yerləşir.

Xatırladaq ki, "Fedex Entertainment" MMC-nin ləğvi ilə bağlı xəbəri "Vergilər" qəzeti yayıb.

Son xəbərlər

Orphus sistemi