Fazil Məmmədov: "Sabit verginin tətbiqi işsizliyin səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək"

Fazil Məmmədov: "Sabit verginin tətbiqi işsizliyin səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək" Nazir Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı açıqlama verib
Biznes
27 Dekabr , 2016 12:18
Fazil Məmmədov: Sabit verginin tətbiqi işsizliyin səviyyəsini dəqiq müəyyən etməyə imkan verəcək

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin sabit vergiyə cəlb olunması daha çox uçotun sadələşdirilməsi və həmin şəxslərdə inzibati yükün minimuma endirilməsi məqsədi daşıyır. “Report” xəbər verir ki, bu barədə vergilər naziri Fazil Məmmədov “AzərTAc”a müsahibəsində bildirib.

Xatırladaq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə görə, kiçik həcmdə gəlirlərə malik olan, məsələn, fərdi foto, audio-video xidmətləri göstərən, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri ilə məşğul olan, fərdi yaşayış evlərində qulluqçuluq, sürücülük edən və s. analoji işlərlə məşğul olan şəxslər sabit vergi ödəyəcəklər. Bunun üçün onlar mövcud qanunvericiliyə uyğun olaraq vergi uçotuna alınmalı, bəyannamə təqdim etməli və vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər.

F.Məmmədovun sözlərinə görə, sabit vergi mexanizmi, ilk növbədə, belə fəaliyyətin və fərdi qaydada iş (xidmət) göstərən şəxslərin uçotunu düzgün aparmağa imkan verəcək. Bu isə, öz növbəsində, müvafiq dövlət qurumları tərəfindən işsizliyin səviyyəsinin dəqiq müəyyən edilməsinə yardım edəcək.

Son xəbərlər

Orphus sistemi