Bakıda PR mövzusunda təlim keçiriləcək

Bakıda PR mövzusunda təlim keçiriləcək Tədbir ali təhsil müəssisələrinin tələbələri üçün təşkil olunur
Biznes
20 Aprel , 2016 17:43
Bakıda PR mövzusunda təlim keçiriləcək

Bakı. 20 aprel. REPORT.AZ/ Mayın 12-də Bakıda ali təhsil müəssisələrinin tələbələri üçün ictimaiyyətlə əlaqələr işinin qurulması mövzusunda təlim keçiriləcək. "Report"un verdiyi xəbərə görə, təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas prinsipləri ilə tanış etməkdir.

Təlimdə “Veysəloğlu” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov PR işinin məqsəd və prinsipləri, "Bakcell" şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova Korporativ Sosial Məsuliyyət, Mədəniyyət və Turizm Nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, “Mədəniyyət.az” jurnalının redaktoru Zöhrə Əliyeva jurnalist etikası, “AtaHolding” ASC-nin kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova isə şirkətlərdə daxili kommunikasiyalar mövzuları üzrə təqdimatlar edəcəklər. Tədbirdə PR ekspertlər də iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyən tələbələr CV-lərini və qısa maraq məktubunu [email protected] ünvanına göndərə bilərlər. İştirakçılar seçim əsasında müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi