Yuxarı

Türkiyə səfiri: "İqtisadi əlaqələri genişləndirmək üçün ticarət yetərli deyil"

Erkan Özoral jurnalistlərə açıqlama verib
© Report/ Elchin Murad — Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral

"Azərbaycanla Türkiyə arasında 2018-ci ildə ticarət dövriyyəsinin həcmi 2017-ci ilə nisbətən, təxminən, 30% artaraq 3,4 milyard ABŞ dollarına çatıb".

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu rəqəm kifayət deyil: “2015-ci ildən sonra ticarət dövriyyəmizin 5 milyard dollarlıq səviyyəsi olub. Əsas məqsədimiz qısa zamanda həmin rəqəmi bərpa etmək və daha da artırmaqdır”.

Səfir Türkiyənin Vitse-prezidentinin bir neçə gün əvvəl Bakıya etdiyi səfər barədə də danışıb və hökümətlərarası komissiyanın apardığı müzakirələrdə əsas məsələnin iqtisadi əlaqələrin daha genişləndirilməsi olduğunu vurğulayıb: “İqtisadi əlaqələrin daha da genişləndirilməsi vacibdir. Bunun üçün ticarətin yetərli olmadığını düşünürük. Hesab edirik ki, investisiyaların məbləği artırılmalıdır. Bundan sonra ona fokuslanacağıq”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi