"Ericsson" ABŞ hökumətinə 1 milyard dollardan artıq vəsait ödəyəcək

"Ericsson" ABŞ hökumətinə 1 milyard dollardan artıq vəsait ödəyəcək İsveçin Ericsson telekommunikasiya şirkəti korrupsiya, o cümlədən bir sıra ölkələrdə hökumət rəsmilərinə rüşvət verilməsi faktlarının araşdırılmasına dair iddiaların həll edilməsi məqsədilə ABŞ hökuməti ilə razılaşma çərçivəsində ümumilikdə 1,06 milyard dollar cərimə ödəyəcək.
Biznes
7 Dekabr , 2019 17:34
Ericsson ABŞ hökumətinə 1 milyard dollardan artıq vəsait ödəyəcək

İsveçin "Ericsson" telekommunikasiya şirkəti korrupsiya, o cümlədən bir sıra ölkələrdə hökumət rəsmilərinə rüşvət verilməsi faktlarının araşdırılmasına dair iddiaların həll edilməsi məqsədilə ABŞ hökuməti ilə razılaşma çərçivəsində ümumilikdə 1,06 milyard dollar cərimə ödəyəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə konsernin İsveçdə yayılan press-relizində deyilir.

Məlumata görə, razılaşma ABŞ Ədliyyə Nazirliyi ilə əldə olunub.

Konsernin rəhbəri Bötye Ekholm bu qanun pozuntularının ayrı-ayrı yerlərdə menecerlər tərəfindən özbaşına edildiyini, amma şirkətin korrupsiyaya qarşı dözümsüz olduğunu vurğulayıb.

Qeyd edək ki, qanun pozuntuları - vəzifəli şəxslərin rüşvətlə alınması 2000-2016-cı illərdə törədilib və Çin, Vyetnam, Küveyt, İndoneziya və Cibutidə aparılan əməliyyatlarla əlaqədardır. ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası "Ericsson" işi üzrə istintaqa 2013-cü, ABŞ Ədliyyə Nazirliyi isə 2015-ci ildə başlayıb. Konsern qanun pozuntularının antikorrupsiya qanununu pozduğunu etiraf edib.

Son xəbərlər

Orphus sistemi