Yuxarı

Ərəb Dövlətləri Liqası-Mərkəzi Asiya-Azərbaycan investorlarının konfransı keçiriləcək

Konfransda iştirak etmək istəyən sahibkarlar noyabrın 3-dək AzPromo-ya müraciət edə bilərlər

Bakı. 7 noyabr. REPORT.AZ/ Bu ilin dekabr ayının ortalarında Beyrutda (Livan) Ərəb Dövlətləri Liqası, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iş adamları və investorlarının I konfransı keçiriləcək.

"Report"un Azərbaycanda İxracın və İnvestisiyların Təşviqi Fonduna (AzPromo) istinadən verdiyi xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Konfransda iştirak etmək istəyən sahibkarlar noyabrın 3-dək AzPromo-ya müraciət edə bilərlər.

Həmçinin, AzPromo məlumat yayıb ki, kiçik və orta müəssisələrin təşviqi məqsədilə şirkətlərin fəaliyyətilə bağlı məlumatların ödənişsiz yerləşdirilməsi üçün internet səhifəsi yaradılıb. Londonda yerləşən İmperial Kollecinin Biznes Məktəbi tərəfindən tərtib edilmiş portalda hər bir şirkət www.theblueregister.com asanlıqla qeydiyyatdan keçə bilər. Biznes Məktəbi tərəfindən Azərbaycan şirkətləri də həmin saytda qeydiyyatdan keçməyə dəvət olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi