Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq

Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq Özəlləşdirmə hərracları şəffaf və ictimaiyyətə açıq şəraitdə keçiriləcək
Biznes
23 Avqust , 2016 18:45
Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşmə hərraclarını canlı izləmək mümkün olacaq

Bakı. 23 avqust. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən həyata keçirilən özəlləşdirmə prosesi zamanı dövlət əmlaklarının satışı üzrə hərraclar şəffaf və ictimaiyyətin bütün təbəqələrinə açıq şəraitdə keçiriləcək.

Komitənin mətbuat xidmətindən “Report”a bildirilib ki, hərracların gedişini mətbuat və ictimaiyyət nümayəndələri canlı izləyə biləcəklər.

Komitə ilkin mərhələdə 138 dövlət əmlakının özəlləşdirilməsi barədə hərraclar elan edib. Bu əmlakların 50-si iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin 30%-lik səhm paketləri, 62-si qeyri yaşayış sahələri və kiçik əmlak və obyektlər, 26-sı isə nəqliyyat vasitələridir.

Bu hərraclar sentaybrın 14-20-də ƏMKD-nin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) binasında (Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A. ) təşkil ediləcək.

Hazırda yeni investisiya müsabiqələrinin elan olunması ilə bağlı hazırlıq işləri aparılır. 

Komitə geniş əhali təbəqəsini və bütün maraqlı tərəfləri yeni özəlləşdirmə prosesində aktiv iştirak etməyə dəvət edir.

Son xəbərlər

Orphus sistemi