ƏMDK: Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6% yerinə yetirilib

ƏMDK: Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6% yerinə yetirilib Bakı. 26 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 mln. manat vəsait ödənilib ki, bununla da proqnoz tapşırığı 151,6% yerinə yetirilib.
Biznes
27 İyun , 2018 10:18
ƏMDK: Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6% yerinə yetirilib
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə 3,76 mln. manat vəsait ödənilib ki, bununla da proqnoz tapşırığı 151,6% yerinə yetirilib.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) "Report"a verilən məlumatda bildirilir. 

Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib (proqnoz tapşırığı 114%). Beləliklə, cari ilin 5 ayı ərzində ƏMDK-nın xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 mln. manat vəsait köçürülüb.

Qeyd edilməlidir ki, 2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 mln. (6,2 mln. manat torpaq sahələri üzrə və 1,8 mln. manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulub. 

ƏMDK 2017-ci il ərzində dövlət əmlakının icarəsindən büdcəyə 8,7 mln. manat vəsait köçürüb. Bundan 6,8 mln. manatı (proqnoz tapşırığa nisbətdə 110%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 mln. manatı (proqnoz tapşırığın 105%-i) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olub ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.

Komitə tərəfindən dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı da elektron xidmət vətəndaşların istifadəsinə verilib. Bu xidmətdən istifadə etməkləonlayn rejimdə icarə haqqı borcunu öyrənmək mümkündür. Xidmətdən istifadə üçün e-emdk.gov.az portalına daxil olmaqla 37-ci bölməyə keçid etmək kifayətdir. Həmin bölmədə “İcarəçinin kodu” xanasına müvafiq kodu daxil etməklə icarə borcu haqqında məlumat əldə edilir. Eyni zamanda vətəndaşların rahatlığı nəzərə alınaraq icarə haqqı borclarının mobil telefon vasitəsi ilə də öyrənilməsi imkanları reallaşdırılıb. Bu məqsədlə, 9193 nömrəsinə icarə haqqı kodu göndərilməklə dərhal icarə borcunu öyrənmək mümkündür.

Son xəbərlər

Orphus sistemi