Yuxarı

​EBRD qadın sahibkarlar üçün təlimlərə start verib

Təlim kursunda iştirak haqqı 4 tam gün hər kurs üçün 100 avro təşkil edir

Bakı. 18 mart. REPORT.AZ/ Aprelin 14-15-də və mayın 12-13-də Bakı şəhərində dörd günlük “Liderlik” adlı təlim keçiriləcək. Bu barədə “Report”a Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı ofisindən məlumat verilib.

Qadın sahibkarlar üçün nəzərdə tutulmuş təlim zamanı sahibkarlar biznesin uzunmüddətli uğur qazanması məqsədilə liderlik bacarıqlarından düzgün istifadəsi yollarına dair məlumatlar əldə edə biləcəklər.

Təlim kursunda iştirak haqqı 4 tam gün hər kurs üçün 100 avro təşkil edir. Kurs Azərbaycan dilində keçiriləcək, kursda iştirak haqqının dəyərinə əyani təlim vəsaitləri ilə təmin ediləcək.

Kurs haqqında əlavə məlumat əldə etmək istəyən sahibklar rustamos@ebrd.com elektron poçtu və ya 012 497 10 14 , 012 497 64 72 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi