Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Caspian European Club”la əməkdaşlığı genişləndirir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Caspian European Club”la əməkdaşlığı genişləndirir Bakı. 17 avqust. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyilə Klubun idarə heyətinin nümayəndə heyətini qəbul edib.
Biznes
17 Avqust , 2018 11:13
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Caspian European Club”la əməkdaşlığı genişləndirir

Bakı. 17 avqust. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin rəhbərliyilə Klubun idarə heyətinin nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, Caspian European Club-un fəaliyyəti, infrastruktur sahəsinin əsas inkişaf aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev qurumun qısa- və uzunmüddətli hədəfləri, görülən işlər barədə məlumat verdi və qeyd etdi ki, ölkədə şəhərsalma fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət mərkəzində saxladığı məsələlərdən biridir. O, bildirdi ki, ölkə başçısının Komitə qarşısında qoyduğu başlıca vəzifələrdən biri bu prosesin planlı, sistemli və şəhərsalma qanunvericiliyinə uyğun təşkil edilməsidir. İş adamlarını bu sahədə açıq dialoqa və qarşılıqlı səmərəli əməkdaşlığa dəvət edən cənab Samir Nuriyev, mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan tikinti sektorunun davamlı inkişafında özəl sektorun böyük rolunun və məsuliyyətinin olduğunu vurğuladı, Komitənin cavabdehlik dairəsinə aid olan layihələrlə bağlı “Caspian European Club”un üzvlərinin təkliflərinin öyrənilməsinin vacibliyini qeyd etdi

Telman Əliyev göstərilən diqqətə və Caspian European Club ilə sıx əməkdaşlığa görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevə minnətdarlığını bildirib. O, ikitərəfli əməkdaşlığın infrastruktur sahəsindəki problemlərin həllinə yardım edəcəyinə, Caspian European Club-un isə öz növbəsində bizneslə Komitə arasında fəal dialoqun davamı üçün təkliflər üzrə səylərini əsirgəməyəcəyinə ümid bəslədiyini deyib.

Görüşün yekununda daimi işçi qrupun yaradılması haqda razılıq əldə olunub. İşçi qrup çərçivəsində Caspian European Club, Caspian American Club və Caspian European Club-un üzv şirkətlərinin infrastruktur sahəsindəki problem, xahiş və təklifləri operativ şəkildə müzakirə olunacaq.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən çox şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Son xəbərlər

Orphus sistemi