​Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib

​Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb
Biznes
24 İyun , 2015 16:29
​Dövlət Gömrük Komitəsinin sədri Qazaxda vətəndaşları qəbul edib

Bakı. 24 iyun. REPORT.AZ/ İyunun 24-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Qazax şəhərin­dəki Şahmat Mərkəzində Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük-keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olub.

Qəbul zamanı DGK-nın sədrinin vətəndaşların müraciətlərini dinlədiyi və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verdiyi deyilir.

Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi