Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir

Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir Tender üzrə mətbəə məhsullarının hazırlanması və çap işlərinin alınması nəzərdə tutulur
Biznes
18 Sentyabr , 2017 15:12
Dövlət Fitosanitar Nəzarəti Xidməti tender keçirir

Bakı. 18 sentyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti açıq tender elan edib.

"Report"un dövri mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə (mətbəə məhsullarının hazırlanması və çap işlərinin alınması) keçirilir.

Tenderdə iştirak haqqı 250 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri 20 oktyabr saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 27 oktyabr saat 17:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, 7A ünvanına (Dövlət Fitosanitar Nəzarəti Xidmətinin iclas zalı) təqdim etməlidirlər.

İddiaçıların təklifləri 30 oktyabr saat 10:00-da yuxarıda göstərilən ünvanda açılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi