Yuxarı

“Dalğa Beach-Aqua Park” istirahət mərkəzi mövsüm sonu endirimlərinə başlayıb

Giriş 10 manata qədər endirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu ilin yay mövsümündə Xəzər Rayonunun Mərdəkan qəsəbəsində açılışı olan “Dalğa Beach-Aqua Park” istirahət mərkəzi mövsüm sonu üçün endirim kampaniyasını elan edib.

“Report”un məlumatına görə, “Dalğa Beach-Aqua Park”ın mövsum sonu endirimlərinə görə həftə içi bir qonaq üçün giriş qiyməti 10 manat nəzərdə tutulub, həftə sonları isə bu məbləğ 15 manatdır. Ailəvi istirahət etmək istəyənlər üçün 0-8 yaşlı maksimum iki uşaq pulsuz, 8-12 yaş arası uşaqlar isə 5 manat giriş haqqı ilə mərkəzə daxil ola bilərlər.

"Çoxsaylı istəyi nəzərə alaraq, həmçinin yay fəslində “Dalğa Beach-Aqua Park”ı ziyarət edə bilməyən hər kəs bu fürsəti dəyərləndirə bilər", - “Dalğa Beach-Aqua Park”dan bildirilib.

Qeyd edək ki, Azərbaycanda ən böyük su parkı olan “Dalğa Beach Aquapark Resort” Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17.2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. Burada uşaqlı, böyüklü hər kəsin vaxtını səmərəli keçirməsi üçün şərait yaradılıb. "Dalğa Arena"nın yaxınlığında yerləşən kompleksin ümumi ərazisi 5 hektardır. Burada çalışan 310 nəfərlik heyət eyni anda 1200 nəfər qonağa xidmət göstərə bilər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi