“Coca Cola” Azərbaycanın dövlət büdcəsinə ödədiyi vergilərin məbləğini açıqlayıb

“Coca Cola” Azərbaycanın dövlət büdcəsinə ödədiyi vergilərin məbləğini açıqlayıb Bakı. 7 sentyabr. REPORT.AZ/ ABŞ-a məxsus “The Coca Cola Company”nin yerli törəməsi – “Azerbaijan Coca Cola Bottlers Limited” MMC 2017-ci ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına 275 mln. manat investisiya qoyub.
Biznes
7 Sentyabr , 2018 15:34
“Coca Cola” Azərbaycanın dövlət büdcəsinə ödədiyi vergilərin məbləğini açıqlayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ ABŞ-a məxsus “The Coca Cola Company”nin yerli törəməsi – “Azerbaijan Coca Cola Bottlers Limited” MMC 2017-ci ilin sonuna qədər Azərbaycan iqtisadiyyatına 275 mln. manat investisiya qoyub.

“Report” xəbər verir ki, bunu şirkətin baş direktoru Erdinc Güzel bildirib.

Onun sözlərinə görə, bu rəqəm “JR Consalting” - müstəqil analitik şirkətinin apardığı hesablamalar nəticəsində məlum olub.

Bundan başqa, hesablamalardan sonra “Coca Cola”nın indiyə qədər Azərbaycanın dövlət büdcəsinə 253 mln. manat mənfəət vergisi ödədiyi üzə çıxıb. 

Son xəbərlər

Orphus sistemi