Çində beynəlxalq "İpək Yolu" sərgisi keçiriləcək

Çində beynəlxalq "İpək Yolu" sərgisi keçiriləcək Sərgi mayın 13-17-də təşkil olunacaq
Biznes
8 Fevral , 2016 17:36
Çində beynəlxalq İpək Yolu sərgisi keçiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ Çinin Sian şəhərində “İpək Yolu” sərgisi və “Ticarət-İnvestisiya” yarmarkası təşkil olunacaq. “Report”un Azpromo-ya istinadən verdiyi xəbərə görə, sərgi və yarmarka mayın 13-17-də keçiriləcək.

Eyni zamanda, yerli sahibkarlar üçün Kambocada həyata keçirilən investisiya layihələri və sərmayə qoyuluşu imkanları yaranıb. Bununla belə, xarici təchizatçılar Belarusda maneəsiz satınalmalar və hərraclarda iştirak edə bilərlər.

Bununla yanaşı, Haryana ştatı və Hindistan Sənaye Konfederasiyasının (CII) birgə təşkilatçılığı ilə martın 7-8-də Haryana İnvestorların Sammiti təşkil olunacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr sözügedən layihə və tədbirlərdə iştiraka dəvətlidirlər. 

Tədbirlər haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi