Çin rəsmisi: "İranla qanuni ticarətə hörmət edilməlidir"

Çin rəsmisi: "İranla qanuni ticarətə hörmət edilməlidir" Bakı. 5 noyabr. REPORT.AZ/ Çin ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş yeni sanksiyalarına münasibət bildirib.
Biznes
5 Noyabr , 2018 15:01
Çin rəsmisi: İranla qanuni ticarətə hörmət edilməlidir

Bakı. 5 noyabr. REPORT.AZ/ Çin ABŞ-ın İrana qarşı bu gündən qüvvəyə minmiş yeni sanksiyalarına münasibət bildirib. 

“Report” “Reuters”ə istinadən xəbər verir ki, rəsmi Pekinin mövqeyini Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq açıqlayıb. 

O bildirib ki, İranla qanuni ticarətə hörmət edilməlidir. Çin rəsmisi sanksiyalardan təəssüfləndiyini də deyib. 

Bununla belə, H.Çunyinq ölkəsinin İrana qarşı tətbiq edilən sanksiyalarından azad edilməsi ilə bağlı məsələyə münasibət bildirməyib. 

Son xəbərlər

Orphus sistemi