Çin ABŞ-la ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmaq istəyir

Çin ABŞ-la ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmaq istəyir Rəsmi Pekin Vaşinqtona tədbirlər planı təqdim edib
Biznes
18 May , 2018 10:16
Çin ABŞ-la ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmaq istəyir
0 : 00
0 : 00

Bakı. 18 may. REPORT.AZ/ Çin ABŞ-a, bu ölkə ilə olan ticarətinin müsbət saldosunu 200 mlrd. dollar azaltmağı təklif edib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu məsələ Çinin baş nazirinin müavini Liu Henin rəhbərlik etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşündə müzakirə olunub.

Məlumata görə, görüşdə iki ölkə arasında iqtisadi əlaqələri yaxşılaşdırmaq üçün rəsmi Pekinin tədbirlər planı nəzərdən keçirilir. Həmin plandan daha çox ABŞ-ın təyyarə istehsalçısı "Boeing" şirkətinin qazanacağı deyilir. Hazırda korporasiyanın istehsal etdiyi hər 4 təyyarədən 1-ni Çin aviaşirkətləri alır. 

Xatırladaq ki, ABŞ polad və alüminium idxalına gömrük rüsumları tətbiq etdikdən sonra iki ölkə arasında ticarət münasibətlərində anlaşmazlıq yaranıb.

Son xəbərlər

Orphus sistemi