Cənubi Ural Ticarət-Sənaye Palatasının missiyası Azərbaycana gələcək

Cənubi Ural Ticarət-Sənaye Palatasının missiyası Azərbaycana gələcək Hazırda Cənubi Ural işgüzar nümayəndə heyətinin formalaşdırılması üçün hazırlıq işlərinə başlanılıb
Biznes
10 Yanvar , 2017 13:59
Cənubi Ural Ticarət-Sənaye Palatasının missiyası Azərbaycana gələcək

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın Çelyabinsk vilayətinin Cənubi Ural Ticarət-Sənaye Palatasının (CUTSP) nümayəndə heyəti yanvarın 30-dan etibarən 2017-ci il üçün nəzərdə tutulan biznes missiyalarına start verir.

“Report”un xəbərinə görə, biznes-missiya çərçivəsində CUTSP-nin işgüzar nümayəndə heyəti iyunun əvvəlində Bakıya səfər etməyi planlaşdırır. Bu məqsədlə Cənubi Ural işgüzar nümayəndə heyətinin formalaşdırılması üçün hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, regional və xarici bazarlar axtarışı, yeni işgüzar tərəfdaş və investorların tapılması, ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə CUTSP rəsmilərinin bir neçə xarici ölkəyə işgüzar səfəri nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi