​"Caspian European Club" Şahdağda "Summer Weekend" təşkil edəcək

​"Caspian European Club" Şahdağda "Summer Weekend" təşkil edəcək "Summer Weekend" avqustun 26-28-də keçiriləcək
Biznes
1 Avqust , 2016 16:29
​Caspian European Club Şahdağda Summer Weekend təşkil edəcək

Bakı. 1 avqust. REPORT.AZ/ "Caspian European Club" (Caspian Business Club) avqustun 26-28-də “Şahdağ” qış-yay turizm kompleksində ilk dəfə "Summer Weekend" təşkil edəcək.

Klubdan "Report"a verilən məlumata görə, "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib ki, "Summer Weekend" proqramında yalnız Klubun üzv şirkətlərinin rəhbər və nümayəndələri, həmçinin onların ailə üzvləri iştirak edə bilərlər.

“Caspian European Club" üzvləri üçün "Şahdağ" hotelində nömrə bronu zamanı eksklüziv endirimlər, həmçinin turizm kompleksinin yay mövsümündə yaratdığı bütün imkanlardan yararlanmağa şərait yaradacaq proqram nəzərdə tutulub.

"Summer Weekend" çərçivəsində radioidarəedici təyyarə və avtomobil modelləri arasında "Caspian Energy Qran-pri"si təşkil olunacaq. Yarışda iştirak üçün Kluba müraciət etmək lazımdır. 

"Summer Weekend"də qeydiyyatdan keçmək üçün http://www.caspianenergy.org/index.php/en/registration/item/57-the-summer-weekend-2016 linkinə daxil olmaq lazımdır.

Son xəbərlər

Orphus sistemi