Bülənt Tüfənkçi: "Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir"

Bülənt Tüfənkçi: "Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir" Türkiyənin gömrük və ticarət naziri Bakıda Azərbaycan biznesmenləri görüşüb
Biznes
18 İyul , 2017 12:48
Bülənt Tüfənkçi: Türkiyə ilə Azərbaycan arasında əlaqələr ən yüksək səviyyədədir

Bakı. 18 iyul. REPORT.AZ/ Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, gömrük və digər sahələrdə əlaqələr ən yüksək səviyyədədir.

"Report"un məlumatına görə, bunu bu gün Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi Azərbaycanın iş adamları ilə Bakıda keçirdiyi görüşdə deyib.

Bu gün Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan gömrük idarələri rəhbərlərinin görüşü ilə bağlı danışan B.Tüfenkçi bu toplantının uğurlu olacağına ümid etdiyini deyib: "Görüşdə nəqliyyat dəhlizləri və onların vasitəsilə yüklərin daşınmasının asanlaşdırılması məsələlərini müzakirə edəcəyik".

Azərbaycanla ikitərəfli ticarət dövriyyəsinə toxunan B.Tüfenkçi bildirib ki, 2016-ci ildə bu göstərici 1,5 mlrd. dollar təşkil edib və bu rəqəmlər əvvəlki illərə nisbətən aşağı düşüb: "İş adamlarımızın potensialını nəzərə alsaq, bu rəqəmlərin çox aşağı olduğuni görərik".

Türkiyəli nazir həmçinin Müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyindən, Azərbaycanın Türkiyə ilə gömrük keçid məntəqəsində aparılan modernləşdirmə işlərindən danışıb.

Sonda B.Tüfənkçi qeyd edib ki, Türkiyə Azərbaycanın inkişafını dəstəkləyir və ölkənin Qafqazın parlayan ulduzu olması yolunda daim yanında olacaq.

Son xəbərlər

Orphus sistemi