Yuxarı

AZPROMO: Bu ilin sonunadək Rusiya, Çinə, BƏƏ-yə ixrac missiyaları təşkil ediləcək

Bu il ixrac missiyaları 3 mln ABŞ dollarından çox müqavilələr bağlayıb

"Bu ilin sonuna qədər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) Rusiya, Çinə, BƏƏ-yə ixrac missiyaları təşkil ediləcək".

“Report” xəbər verir ki, bunu AZPROMO-nın prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, sahibkarlardan müraciət daxil olarsa, ixrac missiyalarının sayı arta bilər.

Y.Abdullayev qeyd edib ki, ümumi 31 ixrac missiyası təşkil edilib.

"Bu ilin səkkiz ayında 3 mln ABŞ dollarından çox dəyərində müqavilələr bağlanıb",-  deyə o, əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi