Yuxarı

Bu il dünyada müflis olan şirkətlərin sayı 25% arta bilər

Bu il dünyada müflis olan şirkətlərin sayı 25% arta bilər

Koronavirus (COVID-19) epidemiyasının II dalğası yaşanmasa və bu ilin III rübündən iqtisadi aktivlik artsa belə, bu il dünyada müflis olan şirkətlərin sayı 25% artacaq.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu proqramla Fransanın kredit və sığorta fəaliyyəti ilə məşğul olan şirkəti “Coface” çıxış edib.

Məlumata görə, şirkətlərin iflasının ən yüksək dinamikası ABŞ (39%), Böyük Britaniya (33%), İspaniya (22%) və İtaliyada(18%) müşahidə olunacaq.

“Coface” bu il Qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 1,3% azalacağını, ötən ilə nisbətən ressesiyada olan ölkələrin sayının isə təqribən 6,2 dəfə artaraq 11-dən 68-ə yüksələcəyini gözləyir. 

Bundan başqa, şirkəti ötən il 0,4% azalan beynəlxalq ticarətdə kiçilmə tendensiyasının bu il artaraq 4,3%-ə yüksələcəyini bildirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi