Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli məqsədilə yaradılmış Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb

Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli məqsədilə yaradılmış Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli məqsədilə yaradılmış Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb.
Biznes
15 Fevral , 2019 16:35
Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli məqsədilə yaradılmış Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli məqsədilə yaradılmış Dövlət Komissiyasının yeni tərkibi açıqlanıb.  

"Report"un məlumatına görə, Prezident İlham Əliyev “Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 noyabr tarixli 1788 nömrəli sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamla Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi‒şöbə müdiri

Azərbaycan Respublikasının xarici işlər naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının daxili işlər naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri.”.

Son xəbərlər

Orphus sistemi