Brüsseldə "Azərbaycan beynəlxalq investorların gözü ilə" biznes forumu keçiriləcək

Brüsseldə "Azərbaycan beynəlxalq investorların gözü ilə" biznes forumu keçiriləcək Foruma Azərbaycan şirkətləri xarici tərəfdaşları ilə qatılacaq
Biznes
7 Oktyabr , 2015 11:43
Brüsseldə Azərbaycan beynəlxalq investorların gözü ilə biznes forumu keçiriləcək

Bakı. 7 oktyabr. REPORT.AZ/ Oktyabrın 14-də Brüsseldə (Belçika) Avropa-Azərbaycan Cəmiyyəti "Azərbaycan beynəlxalq investorların gözü ilə" adlı biznes forum keçirəcək.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, bu il keçirilən forumda infrastruktur, aqrobiznes, enerji, İKT sektoru üzrə sessiyalar təşkil olunacaq.

Tədbirdə Azərbaycan şirkətləri Belçika, Çexiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Lüksemburq, Niderland, Slovakiya, İspaniya və Birləşmiş Krallıqdan olan tərəfdaşları ilə iştirak edəcək.

Xatırladaq ki, ilk dəfə analoji forum ötən il keçirilib.

Son xəbərlər

Orphus sistemi