Böyük Britaniya şirkətinin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətinin qarşısı alınıb

Böyük Britaniya şirkətinin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətinin qarşısı alınıb İqtisadiyyat Nazirliyi: ​İşğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyət yolverilməzdir
Biznes
10 May , 2017 16:44
Böyük Britaniya şirkətinin Dağlıq Qarabağdakı qanunsuz fəaliyyətinin qarşısı alınıb

Bakı. 10 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi mərkəzi ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən “Grand Thronton” beynəlxalq şirkətinin törəməsi - “Grand Thronton Ermənistan”ın Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi ilə bağlı araşdırma aparıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, apaşdırmalar zamanı “Grand Thronton Ermənistan” şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib. 

Bununla əlaqədar, "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi nazirliyə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq məlumat verilməsi diqqətə çatdırılıb.

Şirkətin mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi