Böyük Britaniya hökuməti özəl şirkətlərdən pay alacaq

Böyük Britaniya hökuməti özəl şirkətlərdən pay alacaq Böyük Britaniya hökuməti koronavirus infeksiyasının yayılması nəticəsində zərərlə üzləşmiş yerli özəl şirkətlərdən pay almağı planlaşdırır.
Biznes
21 Mart , 2020 17:30
Böyük Britaniya hökuməti özəl şirkətlərdən pay alacaq

Böyük Britaniya hökuməti koronavirus infeksiyasının yayılması nəticəsində zərərlə üzləşmiş yerli özəl şirkətlərdən pay almağı planlaşdırır. 

“Report” xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. 

Xatırladaq ki, bundan əvvəl hökumət özəl sektora dəstək üçün 300 milyard funt sterlinq dəyərində kredit zəmanət proqramı elan edib, lakin bu proqramın bir çox şirkətləri müflisləşmədən qurtara bilməyəcəyi məlum olub. Bundan sonra şirkətlərdən pay alınması qərara alınıb. 

Hökumətin səhmdar olmağı planlaşdırdığı şirkətlər arasında əsasən aviadaşıyıcılar, o cümlədən “British Airways” da var. Adıçəkilən tədbirin müvəqqəti olduğu, koronavirus böhranı aradan qalxdıqdan sonra alınmış payların geri qaytarılacağı bildirilir. 

Son xəbərlər

Orphus sistemi