"Boeing"in tədarükü 2 dəfə azalıb

"Boeing"in tədarükü 2 dəfə azalıb Bu ilin yanvar-noyabr aylarında ABŞ-ın təyyarə istehsalçısı Boeing korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb.
Biznes
11 Dekabr , 2019 18:15
Boeingin tədarükü 2 dəfə azalıb

Bu ilin yanvar-noyabr aylarında ABŞ-ın təyyarə istehsalçısı "Boeing" korporasiyası müştərilərinə 345 təyyarə çatdırıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51% və yaxud, təxminən, 2 dəfə az, onun Avropadan olan rəqibi "Airbus" şirkətinin təyyarə tədarükünün isə yarısı qədərdir. 

Xatırladaq ki, "Boeing"in "737 Max" tipli təyyarələrində yaşanan qəzalardan sonra ABŞ-ın Federal Aviasiya Administrasiyası analoji təyyarələrin uçuş icazəsini ləğv edib. 

Son xəbərlər

Orphus sistemi