Yuxarı
    Bağlamaq

    Bəzi şirkətlər dizel ilə işləyən avtomobil istehsalını dayandırır

    Volvodan sonra Porsche da dizel istehsalını dayandıracağını bildirib

    Bakı. 19 iyul. REPORT.AZ/ Avtomobil bazarında ənənəvi motorlar dövrü öz yerini elektrikli motorlara verməyə başlayıb. Bir çox avtomobil şirkətindən sonra bu dəfə də məşhur alman avtomobil şirkəti "Porsche" yeni istehsal etməyə başladıqları dizel modellərinin son dəfə olacağını bildirib.

    "Report" "Habertürk" saytına istinadən xəbər verir ki, bu barədə "Porsche"nin baş icraçı direktoru Oliver Blume deyib.

    Qeyd edək ki, bir qədər əvvəl "Volvo" şirkəti də 2019-cu ildən etibarən ancaq elektrikli motorlu avtomobil istehsal edəcəyini bildirib. Həmçinin dünən "Mercedes" şirkəti 2 mln. ədədə yaxın istismarda olan dizel motorlu avtomobilini zərərli tullantı norması yüksək olduğu üçün geri çağırıb. Şirkət zərərli tullantıların normasını azaltmaq üçün 220 mln. avro (253 mln. ABŞ dolları) xərcləyəcəyini bildirib. 

    Ekspertlər bildirirlər ki, hazırkı daşınma tarifləri müasir iqtisadi şərtlər çərçivəsində qeyri-rentabellidir. Bu səbəbdən də, tarifin dəyişdirilməsi zəruridir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi