Yuxarı
    Bağlamaq

    Bərdə mehmanxanası təşkilatı-hüquqi formasını dəyişir

    Müəssisənin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək© Report.az

    Bakı. 9 avqust. REPORT.AZ/ Bu il sentyabrın 11-də, saat 11:00-da “Bərdə-Mehmanxana” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

    Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

    Məlumatda deyilir ki, yığıncaq mehmanxananın yerləşdiyi Bərdə şəhəri, Heydər Əliyev prospekti, 72 ünvanında olacaq.

    Yığıncağın gündəliyinə müəssisənin təşkilati-hüquqi formasının dəyişdirilərək MMC-yə çevrilməsi ilə əlaqədar yeni nizamnaməsinin qəbul edilməsi və təşkilati məsələlər daxildir.

    Xatırladaq ki, “Bərdə-Mehmanxana” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 197670 manatdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi