Bakı. 9 avqust. REPORT.AZ/ Bu il sentyabrın 11-də, saat 11:00-da “Bərdə-Mehmanxana” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, yığıncaq mehmanxananın yerləşdiyi Bərdə şəhəri, Heydər Əliyev prospekti, 72 ünvanında olacaq.
Yığıncağın gündəliyinə müəssisənin təşkilati-hüquqi formasının dəyişdirilərək MMC-yə çevrilməsi ilə əlaqədar yeni nizamnaməsinin qəbul edilməsi və təşkilati məsələlər daxildir.
Xatırladaq ki, “Bərdə-Mehmanxana” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 197670 manatdır.