Yuxarı
    Bağlamaq

    Baramaçılıqla məşğul olmaq istəyənlərə əməkdaşlıq təklif olunur

    İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsi baramaçılara dəstək olacağını bildirir

    Bakı. 17 fevral. REPORT.AZ/ İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsi baramaçılıqla məşğul olmaq istəyənləri əməkdaşlığa dəvət edir. 

    İdarədən "Report"a bildirilib ki, barama saxlamaq istəyənlərə zəruri şirkətlərlə əməkdaşlıq əlaqələrinin qurulmasına yardım göstəriləcək.

    "Barama istehsalı ağır əmək tələb etmir və gəlirli sahələrdəndir. Barama 30-40 günə istehsal olunmaqla hər kiloqramı 8 manata alınır və gələcəkdə hər kiloqram üçün əlavə subsidiyanın verilməsi də gözlənilir. İyirmi qram barama qurdundan 50-60 kq hazır barama və həmin hazır məhsuldan 400-500 manat gəlir əldə etmək olur. Barama qurdu pulsuz verilir. İstehsal olunmuş hazır məhsulu isə alıcı şirkət yerində təhvil götürür" - idarədən bildirilib. 

    Barama saxlamaq istəyənlər İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinə ((020) 28 53075/Bitkiçilik sektoru) müraciət edə bilərlər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi