Balakən Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən yerli iş adamları ilə görüş keçirilib

Balakən Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən yerli iş adamları ilə görüş keçirilib Görüş "Azərbaycan Respublikasında ixracın stimullaşdırılması" mövzusunda olub
Biznes
3 May , 2017 17:00
Balakən Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən yerli iş adamları ilə görüş keçirilib
Customs.gov.az

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamları ilə "Azərbaycan Respublikasında ixracın stimullaşdırılması" mövzusunda görüş keçirilib. 

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

İctimai Şuranın təşkil etdiyi görüşdə Balakən Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar, Balakən Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, İctimai Şura DGK sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub. 

Tədbirdə giriş sözü ilə Balakən Gömrük İdarəsinin rəisi Vüqar Qismətov çıxış edib. O, bildirib ki, gömrük orqanları tərəfindən görülən tədbirlərin nəticəsi olaraq ötən il Balakən Gömrük İdarəsi vasitəsilə həyata keçirilən ixrac əməliyyatları çərçivəsində həm yüklərin çəkisi, həm də gömrük bəyannamələrinin sayında artım müşahidə olunub. Sahibkarlar isə gömrük orqanları tərəfindən tətbiq olunana yeniliklərin - "elektron bəyannamə", "Bir pəncərə" , "Yaşıl Dəhliz" sistemlərinin gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, biznes subyektlərinə faydası barədə danışıblar. 

Son xəbərlər

Orphus sistemi