Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə bağlı bir saata yaxın eniş edə bilməyib

Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə bağlı bir saata yaxın eniş edə bilməyib Bakı. 10 yanvar. REPORT.AZ/ Güclü külək Tbilisi aeroportunda uçuşların qrafikində gecikmələr yaradıb. 
Biznes
10 Yanvar , 2018 12:07
Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə bağlı bir saata yaxın eniş edə bilməyib

Bakı. 10 yanvar. REPORT.AZ/ Güclü külək Tbilisi aeroportunda uçuşların qrafikində gecikmələr yaradıb. 

“Report”un məlumatına görə, bu gün Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə əlaqədar bir saata yaxın hava limanında eniş edə bilməyib.

Təyyarənin saat 11:45-də eniş etməsi mümkün olub. Digər reyslərdə də ləngimələr müşahidə olunur. 

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə dünən gecə boyu davam edən güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini və avtomobilləri zədələyib. Gürcüstan paytaxtının bir neçə rayonunda elektrik enerjisi təchizatı məhdudlaşdırılıb. Bundan əlavə, güclü küləyə görə təyyarə uçuşlarını təxirə salmaq zərurəti yaranıb. O cümlədən Tbilisidən Almaniya və Türkiyə istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlər hava limanında gözləmək məcburiyyətində qalıblar.

Tbilisi Beynəlxalq Hava Limanında küləyin sürəti saniyədə 31 metrə çatıb.

Son xəbərlər

Orphus sistemi