Yuxarı
    Bağlamaq

    Bakıdakı Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi 1,4 mln. manata özəlləşdirilib

    Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi  dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib

    Bakı. 16 may. REPORT.AZ/ Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçirib.

    “Report” Komitəyə istinadən xəbər verir ki, hərracda 2-si səhmdar cəmiyyəti, 8-i kiçik dövlət müəssisəsi, 6-sı istifadəsiz qeyri yaşayış sahəsi olmaqla 16 əmlak özəlləşdirilib.

    Ən yüksək qiymətə satılan əmlak Bakının Nizami rayonunda yerləşən Təsərrüfat hesablı Təmir-Tikinti sahəsi olub. Bu obyekt 1 355 500 manata özəlləşdirilib. Həmin əmlakın torpaq sahəsi 7869 kv.m, ümumi faydalı sahəsi isə 958 kv.m təşkil edir.

    Bundan başqa paytaxtın Sabunçu rayonunda yerləşən Maşın Meliorasiya Stansiyası da qiymətinə görə fərqlənir. Beləki, həmin əmlak 375 min manata özəlləşdirilib. Onun ümumi faydalı sahəsi 566, topaq sahəsi isə 22 min 239 kv.m təşkil edir.

    Hərracda özəlləşdirilmişkiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Sabunçu, Nizami, Səbail rayonlarında, 1-i Şəki, 1-i Biləsuvar, 1-i Neftçala, 1-i Hacıqabulda, digəri isə Abşeronda yerləşir. Özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən isə 4-ü paytaxtın Nərimanov və Yasamal rayonlarında, 2-si Gəncə şəhərində yerləşir.

    İstifadəsiz qeyri-yaşayış sahələrindən ən yüksək qiymətə özəlləşdirilən əmlaka 20,7 min manat qiymət qoyulub. Onun ümumi faydalı sahəsi isə 53 kv.m təşkil edib.

    Ən aşağı qiymətə özəlləşdirilən əmlaka isə 7 min manat qiymət qoyulub. Onun ümumi faydalı sahəsi isə 66.4 kv.m təşkil edib. Budəfəki hərrac da özəlləşdirilən belə əmlakların ümumi faydalı sahəsi 10 - 66 kv.m, qiymətləri isə 5,5 min – 20,7 min arasında dəyişir.

    Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

    http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi