Bakıda sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Bakıda sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib Tədbirdə aidiyyəti dövlət qurumları və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər
Biznes
3 Noyabr , 2016 15:00
Bakıda sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Bakıda korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, mükafatlandırma siyasəti mövzusuna həsr olunan tədbirdə aidiyyəti dövlət qurumları və sənaye müəssisələrinin nümayəndələri iştirak ediblər.

Təlimdə Nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və əməkdaşı Tural Məmmədov mükafatlandırmanın korporativ idarəetmə baxımından mahiyyəti, Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi barədə iştirakçılara məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb.

Sonra “Azersun Holding” şirkətinin nümayəndəsi mövzu çərçivəsində şirkətin təcrübəsi barədə danışıb, müzakirələr aparılıb.

Qeyd edək ki, ümumilikdə, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqi ilə bağlı 2016-cı ildə Nazirlik tərəfindən 8 mövzu üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin 5-i artıq baş tutub.

Son xəbərlər

Orphus sistemi