Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib Bakı. 13 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib. 
Biznes
13 Yanvar , 2018 13:36
Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Bakıda aqrar sahədə fəaliyyət göstərən sahibkarlar və menecerlər üçün treninq keçirilib. 

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Gənclər və e-Hökumət”, “Kənd təsərrüfatında layihələrin idarə edilməsi və maliyyələşdirilməsi” mövzularını əhatə edən treninqdə iştirakçılara elektron xidmətlər və onların şəffaflığın artırılması üçün yaratdığı əlverişli imkanlar, layihə təkliflərinin hazırlanması, layihənin həyata keçirilməsi üçün müvafiq strukturların yaradılması, layihənin maliyyələşdirmə mexanizmi və s. barədə ətraflı məlumat verilib.

Treninqdə mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi