Bakıda qida məhsulları ixracatçıları ilə görüş keçirilib

Bakıda qida məhsulları ixracatçıları ilə görüş keçirilib Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Biznes
31 Yanvar , 2018 11:16
Bakıda qida məhsulları ixracatçıları ilə görüş keçirilib
Report

Bakı. 31 yanvar. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə qida məhsullarının ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə "Azpromo", Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi, Avropa İttifaqı proqramının layihə rəhbəri Yan Quildinq iştirak ediblər.

Agentlik sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib.

"Azpromo" rəhbəri Rüfət Məmmədov isə çıxışında bir sıra qida standartlarının yaradıldığını bildirib: "Biz, sahibkarlar agentliklə əməkdaşlıq etmək niyyətindəyik. Artıq bununla bağlı "Azpromo" və agentlik rəhbərliyi arasında görüş keçirilib. İstəyirik ki, Azərbaycanda istehsal olunan məhsullar yüksək keyfiyyətli olsun".

Son xəbərlər

Orphus sistemi