Yuxarı

Bakıda "Markaları marka edən loqoları deyil, içindəki insanlardır" mövzusunda seminar keçiriləcək

Report İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir

Bakı. 18 aprel. REPORT.AZ/ “Business Talk” şirkətinin təşkilatçılığı ilə mayın 9-da Bakının “Kempinski Hotel Badamdar”da Əhməd Murtəzaoğlunun təqdimatında “Markaları marka edən loqoları deyil, içindəki insanlardır” mövzusunda seminar keçiriləcək.

“Business Talk” şirkətindən “Report”a bildirilib ki, keçiriləcək proqramın sponsoru “Young Business Factory” və “Baku Holiday Travel” şirkətləridir. Maraqlananlar seminara biletləri bu ünvandan əldə edə bilər: C.Cabbarlı küçəsi,44 (Caspian Plaza, 3 blok, XII mərtəbə), “Young Business Factory” (tel.: (+994 12) 492-36-67, mob.: (+994 55) 373-50-66).

Biletə seminar (15:00-dan 18:00-a qədər), qəhvə fasiləsi və beynəlxalq sertifikat daxildir. Biletin qiyməti 25 manat, tələbələr üçün isə 15 manatdır.

Qeyd edək ki, Ə.Murtəzaoğlu 1986-2009-cu illərdə “McDonalds” şirkətinin İngiltərə, Türkiyə üzrə təlim və əməliyyat direktoru, 2009-2012-ci illərdə “Krispy Kreme” şirkətinin Türkiyə üzrə baş direktoru vəzifəsində işləyib. Hazırda o, Türkiyənin “Gruppo” Şirkətlər Qrupu prezidentinin baş müşaviri vəzifəsində çalışır.

Qeyd edək ki, “Report” İnformasiya Agentliyi tədbirin rəsmi informasiya tərəfdaşı qismində çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi