Yuxarı

Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans keçirilir

​Bakıda konfrans keçirilir

Bu gün Bakıda Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbir “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində təşkil olunub.

Konfransda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə ASK-nın sahibkarlar arasında keçirdiyi və iqtisadi inkişafın müxtəlif parametrlərini əhatə sorğunun nəticələri ictimaiyyətə təqdim olunacaq, ölkədəki biznes mühiti müzakirə ediləcək. Müzakirələrdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-ın digər sosial tərəfdaşları iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi