Bakıda ikinci "CEO Lunch" keçirilib

Bakıda ikinci "CEO Lunch" keçirilib "CEO Lunch"da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər
Biznes
16 Mart , 2017 11:34
Bakıda ikinci CEO Lunch keçirilib

Bakı. 16 mart. REPORT.AZ/ "Caspian European Club" (Caspian Business Club) və "Caspian American Club" Bakıda ikinci "CEO Lunch" keçirib. "CEO Lunch" çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEİBC-nin üzv şirkətlərinin top-menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil edilib.

"Report" bu barədə Kluba istinadən xəbər verir.

Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sektorlarında əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.

CEİBC-yə daxil olan və klubdakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər. Görüş iştirakçıları üçün "Spectra" şirkətinin direktoru Rasim İbrahimov və "Sağlam Ailə" Tibb Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tərəfindən təqdimat keçirilib. Təqdimatda şirkətlərin fəaliyyəti və gələcək planları barədə məlumat əks olunub.

"Caspian Business Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən "Caspian European Club" neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Klub 50 ölkədə fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

"CEO Lunch"da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər. 

İngilis versiyası Baku hosts second CEO Lunch

Son xəbərlər

Orphus sistemi