Yuxarı
    Bağlamaq

    Bakıda gömrükçülərə və AZAL-ın əməkdaşlarına seminar keçirilir

    Tədbirdə DGK sədrinin müavini Şahin bağırov iştirak edib© Customs.gov.az

    Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində Azərbaycan gömrük xidmətinin əməkdaşları üçün ÜGT tərəfindən keçirilən "Sərnişinlərə dair ilkin məlumatlar/ Sərnişin adlarının qeydiyyatı (API/PNR)" üzrə növbəti milli seminar işə başlayıb. 

    Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

    Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov təlimin mövzusu olan yeni sistem barədə qısa məlumat verərək Azərbaycan gömrük xidmətinin də bu sistemin tətbiqi ilə bağlı müəyyən addımlar atdığını və onun tez bir zamanda tam şəkildə tətbiq edilməsi üçün bütün imkanların səfərbər olunduğunu bildirdi. Ş.Bağırov gömrük işinin effektiv formada təşkili, təhlükələrin öncədən aşkarlanması, gömrük nəzarətinin risklər əsasında həyata keçirilməsi, resursların düzgün idarə olunması baxımından da yeni sistemin faydalı olacağını vurğulayıb.

    Üç gün davam edəcək seminarda Ümumdünya Gömrük Təşkilatının xətti ilə Azərbaycana gələn ekspertlər- Türkiyə Gömrük Xidmətinin nümayəndəsi Sertaç Yapıcı, Böyük Britaniya Gömrük Xidmətinin əməkdaşları Nikola Folley, Barnabas Cillinsin və Kevin Nikols "API/PNR sistemləri üzrə qabaqcıl təcrübələr", "Texniki tələblər və əlaqələndirmə prosesi", "Sərnişinlər və heyətlə bağlı məlumatlardan istifadə: Milli Sərhəd Hədəf Mərkəzi –onun profilləmə rolu daxil olmaqla qısa məlumat", "Risklərin qiymətləndirilməsinə kompleks yanaşma və hər növ nəqliyyat vasitələri üçün risklərin qiymətləndirilməsi imkanları", "Sərnişinlərə dair risklərin idarə edilməsi: Risk profili və nümunələrin idarə edilməsi", "Daşıyıcı şirkətlərin müştərilərlə iş üzrə menecerinin rolu və onun maraqlı tərəflərlə (hökumət və sənaye) münasibətləri", "Məlumatların mütəmadi daxil olmasının təmin edilməsi" və digər mövzularda iştirakçıları məlumatlandıracaqlar.

    Seminarda gömrükçülərlə yanaşı “Azərbaycan Hava Yolları” QSC-nin də əməkdaşları iştirak edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi