Bakıda əmlak vergisinə həsr olunmuş seminar keçirilir

Bakıda əmlak vergisinə həsr olunmuş seminar keçirilir Tədbirdə yerli özünüidarəetmə orqanlarının fəaliyyəti ilə bağlı müzakirələr aparılır
Biznes
2 Sentyabr , 2015 11:44
Bakıda əmlak vergisinə həsr olunmuş seminar keçirilir

Bakı. 2 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminar işə başlayıb. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimov açıb. 

Ölkədə son zamanlar bələdiyyələrlə bağlı görülən işlərdən danışan M.Səlimov yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə müdaxilə olunmasının yolverilməz olduğunu qeyd edib.

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov isə əmlak vergisi və bələdiyyələrlə bağlı Nəsimi rayonunda olan yeniliklərdən danışıb. N.Qaraxanov deyib ki, onlar artıq vergilərin elektron ödənilməsi sisteminə keçiblər və fəaliyyətlərini stimullaşdırmaq üçün www.nesimibelediyyesi.com saytını yaradıblar: "Sayt vasitəsi ilə əsas 4 növ ödəniş həyata keçirilir. Bu, əmlak vergisi, torpaq vergisi, mehmanxana və dayanacaq xərcləridir".

Xatırladaq ki, tədbirin təşkilatçısı Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzi, Nəsimi bələdiyyəsi və Almaniya Beynəlxaq Əməkdaşlıq Təşkilatıdır (GIZ).

Son xəbərlər

Orphus sistemi