Yuxarı

​Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək

Forum martın 6-da baş tutacaq

Bakı. 4 mart. REPORT.AZ/ Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə martın 6-da Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək.

“Report” Azpromo-ya istinadən xəbər verir ki, foruma qida və kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji və tullantıların idarə edilməsi, sənaye məhsulları və avadanlıqlarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq Macarıstan şirkətinin qatılacağı gözlənilir.

Forumda şirkətini təmsil etmək istəyən Azərbaycan iş adamları Azpromo-ya (012) 598 01 47/48 və ya 437 11 42 (daxili - 108; 119; 123); e-mail: vmirzayev@azpromo.az) müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi