Yuxarı
    Bağlamaq

    ​Bakıda Azərbaycan-Latviya forumu keçirilib

    Tədbirə 20-yə yaxın Latviya şirkəti qatılıb

    Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Latviya işgüzar görüşü keçirilib.

    "Report" bildirir ki, tədbirə İKT, qida məhsullarının istehsalı, logistika, maliyyə, tibb və əczaçılıq, turizm, təhsil, layihələndirmə və arxitektura, orqanik gübrə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 30-a yaxın Latviya şirkətinin nümayəndələri qatılıb.

    Forumun açılışında çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov bildirib ki, analoji tədbirlər ikitərəfli münasibətlərin genişlənməsinə xidmət edir. Onun sözlərinə görə, bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

    Tədbirdə çıxış edən Latviya İnvestisiya və İnkişaf Agentliyinin təmsilçisi (LİAA) Aris Kotans qeyd edib ki, Azərbaycanda təşkil olunan Latviya günləri çərçivəsində iqtisadi və mədəni təbdirlərin keçirilməsi planlaşdırılır. O bildirib ki, bu, münasibətlərin inkişafına müsbət təsir edəcək: "Tədbirlər silsiləsi çərçivəsində Latviyanın iqtisadiyyat naziri Dana Reyznietse-Ozolanın başçılığı ilə noyabrın 27-dək işçi qrupu Bakıda bir sıra görüşlər keçirəcək. Bu görüşlərdə hər iki ölkədən olan müəssisələr mümkün əlaqələri müzakirə edəcək".

    Latviyalı nazir bildirib ki, Latviyada Azərbaycan kapitallı 102 şirkət qeydiyyata alınıb. Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin Latviyaya yatırdığı investisiyaların ümumi həcmi isə 1 mln. avrodur.

    Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azpromo və LİAA-nın birgə təşkilatçılığı ilə keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi